Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
BUTA.TV xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.
Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq