Bir müddət əvvəl yağıntılar və bəndlərdən az miqdara illik su payının verilməsi səbəbindən cüzi şəkildə canlanan Urmiya gölü sentyabr ayının 17-də tamamilə quruyub.
BUTA.TV xəbər verir ki, bu barədə İranın “Etimad” qəzeti məlumat yayıb.
“Bu hadisə regionun ekoloji böhranını kəskinləşdirməklə yanaşı, gölün ətrafındakı ərazilərdə yaşayan 5 milyon insanın sağlamlığı üçün ciddi təhlükə yaradır”,- məlumatda bildirilib.
Bundan öncə ekoloqlar Urmiya gölünün tamamilə quruyacağı barədə xəbərdarlıq etsələr də, əlaqədar dövlət qurumları bunun doğru olmadığını iddia etmişdilər.
İran Prezidenti Məsud Pezeşkian isə seçkiqabağı təbliğat və təşviqat kampaniyasında əsas hədəflərindən birinin Urmiya gölünün bərpası olduğunu bildirmişdi.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!