Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin həyatı təhlükədədir.
BUTA.TV xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, sentybrın 17-də Məhəmmədinin anjioqrafiya və ürək stendinin dəyişdirilməsi üçün vaxt təyin olunsa da, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsinə icazə verməyib.
“Siyasi məhbusun vəziyyətinin pisləşməsinə, mütəxəssis həkimin bu barədə həbsxana rəhbərliyinə məktub və göndəriş icazəsi yazmasına baxmayaraq, ikinci həftədir ki, Nərgiz Məhəmmədinin xəstəxanaya aparılmasına icazə verilmir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq