2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilib.
Qeyd edilib ki, ölkədə orta maaş 2026-cı ildə 1156 manata, 2027-ci ildə 1238 manata, 2028-ci ildə isə 1326 manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1002 manat təşkil edib.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq