2024-cü ilin ilk rübündən etibarən bahalaşan məhsullar arasında ət ilk sıralardadır.
BUTA.TV xəbər verir ki, son bir neçə ayda isə bahalaşma daha da kəskin hiss olunur. Xüsusilə mal və qoyun ətinin qiyməti artıb.
İqtisadçı Xalid Kərimli Xəzər Xəbər-ə açıqlamasında bildirib ki, ətin qiymətinin artmasına səbəb tələbatın çoxluğu və heyvan yeminin qiymətlərinin artmasıdır. Həmçinin maldarlığa olan marağın azalması da qiymətlərə təsir edir.
"Məhsulun azlığı tələbatın isə çoxluğu davam edərsə, qiymətlərin artması gələcək aylarda da müşahidə ediləcək", - deyə Xalid Kərimli qeyd edib.
Ətraflı süjetdə:
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı