Məşhur türkiyəli keçmiş model Dəniz Akkaya həbs edilib.
Kult.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Bildirilib ki, model 15 yaşlı qızına qarşı zorakılıq etdiyi iddiası ilə 4 ay 27 gün həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, modelin Ayşə adlı qızına qaşı zorakılıq törətdiyi iddiası ilə mühakimə olunduğu məhkəmədə onun "Öz nəslindən olan bir insanı sadə silahla yaralama" maddəsi üzrə 9 aydan 1 il 6 aya qədər həbs edilməsi tələbi irəli sürülmüşdü. Bununla bağlı məhkəmə işi yekunlaşıb və qərar verilib.
Bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı arasında baş verən mübahisə zamanı model istifadəyə yararlı və içərisində dəmir termos olan, silah hesab edilən çantanı, həmçinin simsiz qulaqlığı qızına doğru atıb, bundan əlavə, qızına təpik və şillə vurub, boğazını sıxıb.
Bu səbəblərə görə məhkəmə qızı Ayşənin ondan şikayətçi olmadığını da nəzərə alaraq, Dəniz Akkayanı "Öz nəslindən olan bir insanı sadə silahla yaralama" maddəsi üzrə 4 ay 27 gün azadlıqdan məhrum edib.
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı