383 peyk daxil olmaqla, İlon Maskın “Starlink”in rus analoqunun yaradılması layihəsi 445 milyard rubla başa gələ bilər. Bu vəsaitin 329 milyardının büdcədənkənar mənbələrdən, 116 milyardının isə büdcədən cəlb edilməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.
“Vəsaitlər əvvəllər Əlişir Usmanovun strukturlarına məxsus olan “Büro 1440” şirkəti tərəfindən hazırlanan sistem üçün rabitə peyklərinin hazırlanmasına və orbitə buraxılmasına yönəldiləcək”, - məlumatda deyilir.
“ComNews Research” tərəfdaşı Leonid Konik qeyd edib ki, 329 milyard rubl özəl investorlar üçün böyük məbləğdir və çatışmayan vəsait dövlət tərəfindən qapalı büdcə maddələri üzrə qarşılana bilər.
O, əlavə edib ki, Ukraynadakı müharibədə peyk internetindən istifadə öz əhəmiyyətini göstərib.
Bildirilir ki, Maskın “Starlink”i Ukrayna qoşunlarına çox kömək edib, xüsusən də Rusiya hücumunun əvvəlində. Ukrayna qüvvələri hazırda Pentaqonla müqavilə əsasında təqdim edilən “Starlink” xidmətlərindən istifadəni davam etdirir.
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı