"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü "Porşe" markalı avtomobilinin nömrəsini satışa çıxarıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır. Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur. Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.
Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porşe" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
- Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı
- 48 yaşlı kişi həyətində yıxılaraq öldü
- Temperatur 22 dərəcəyə yüksələcək
- Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- DSMF-nin xərcləri 2 milyard 53 milyon manat təşkil edib
- Gədəbəydə körpə qızdırmadan öldü
- Motosikletçi ilə dalaşan Sultan Dadaşov öldü - Video
- İstehlak bazarında qiymət artımı var - Deputat