Lənkəranda kənd məscidinin axundu Taleh Əliyevi məscidin həyətində bıçaqlamaqda təqsirli bilinən Çingiz Əlizadənin cəzası azaldılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və müttəhimin verdiyi kassasiya şikayətinə baxılıb.
Qərara əsasən, kassasiya şikayəti təmin edilərək Ç.Əlizadənin cəzası 10 ildən 7 il 10 ay 15 günə endirilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Lənkəran rayonunun Lüvəsər kənd məscidində baş verib. Kənd sakini Ç.Əlizadə səhər saatlarında sübh namazı zamanı məscidin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyevə çoxsaylı bıçaq zərbələri endirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Əlizadə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 10 ilə endirib. Qərara əsasən, Ç.Əlizadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunub.
- Əli Əsədov qərar imzaladı
- Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama
- Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı
- Birbank və Visa ilə DÇ-2026-nın final oyununda iştirak şansı...
- Metro nasazlığı Bakıda sıxlıq yaratdı - Foto
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək