Dayanıqlı inkişaf məqsədləri arasında ekosistem və onun yaxşılaşdırılması istiqamətində addımlar atılması ilə bağlı məqamlar çoxdur.
Onlardan biri də ətraf mühitin qorunması və bəzi tullantıların yenidən emala cəlb olunmasıdır. Tullantıların yenidən emal edilməsi bir çox sahədə müsbət irəliləyişə səbəb olur. Xüsusilə kağız və karton tullantıların yenidən emal olunması birbaşa təbiətin, ekosistemin mühafizəsi üçün mühüm addımdır.
Bu istiqamətdə aparılan işlərdən danışarkən ilk olaraq, ağla gələn şirkət Azərsun Kağız və Kimya İstehsalı Korporasiyasıdır. (AKKİK)
20-ci əsrin sonlarından fəaliyyətə başlayan müəssisə ölkə ərazisində kağız tullantıların toplanması, toplanan tullantı kağızlardan karton istehsalında xammal olan kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlı büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetlər istehsal edir.
Emal sahəsi geniş olan AKKİK ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. kimi məhsullarla da bazarı təmin edir:
“Keyfiyyət bizim həyatımızdır” şüarını əsas tutan müəssisə bir sıra dəyərləri özünə məqsəd qoyub. Bu məqsədlərə çatmaq üçün də peşəkar işçi qrupu ilə çalışır.
- Əli Əsədov qərar imzaladı
- Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama
- Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı
- Birbank və Visa ilə DÇ-2026-nın final oyununda iştirak şansı...
- Metro nasazlığı Bakıda sıxlıq yaratdı - Foto
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək