İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu aydınlaşdı.
BUTA.TV xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, ən böyük monitorinqlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan 4 kənddə aparılıb:
"Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin 4 kənddə təəssüf ki, mina partlayışları baş verib".
- Əli Əsədov qərar imzaladı
- Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama
- Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı
- Birbank və Visa ilə DÇ-2026-nın final oyununda iştirak şansı...
- Metro nasazlığı Bakıda sıxlıq yaratdı - Foto
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək