Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb".
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
- Əli Əsədov qərar imzaladı
- Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama
- Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı
- Birbank və Visa ilə DÇ-2026-nın final oyununda iştirak şansı...
- Metro nasazlığı Bakıda sıxlıq yaratdı - Foto
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək