"BakıKart"ın onlayn ödəniş sistemi artıq 11 gündür ki, işləmir.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, vətəndaşlar hazırda "BakıKart"a yalnız ödəmə terminalları və digər platformalar vasitəsilə ödəniş edə bilirlər.
Sərnişinlərin sözlərinə görə, ödəmə terminalları hər yerdə mövcud deyil, onlayn ödəniş üçün nəzərdə tutulmuş sayt isə fəaliyyət göstərmir. Bu səbəbdən, bir çox sərnişin ödəniş prosesində çətinliklər yaşayır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Ətraflı süjetdə:
- Əli Əsədov qərar imzaladı
- Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama
- Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı
- Birbank və Visa ilə DÇ-2026-nın final oyununda iştirak şansı...
- Metro nasazlığı Bakıda sıxlıq yaratdı - Foto
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək