Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm", - Q.Qurbanov söyləyib.
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı