Gözlənildiyi kimi, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri “Şimal-Cənub” layihəsi oldu. İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında dedi ki, “Şimal-Cənub” layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir. İlham Əliyev bu mövzuda fikrini belə tamamladı ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırkı məqamda dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. İlham Əliyev Azərbaycanın bu dəhlizlə ildə 15 milyon ton və daha çox yükün daşınması imkanlarından danışıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu mövzu Rusiya üçün də aktualdır:
“Ukrayna müharibəsi fonunda Rusiya Asiya bazarına məhz “Şimal-Cənub” dəhlizindən çıxmaq istəyir. Azərbaycan üzərinə düşəni edib. İran ərazisindəki dəmir yolunu modernləşdirilməli və Hindistanın gələcəkdə bu marşrutdan istifadəsi təmin olunmalıdır. Çünki Ermənistanın da adı “Şimal-Cənub” nəqliyyat dəhlizində çəkilir. Halbuki, Azərbaycandan fərqli olaraq, Ermənistan ərazisində yol infrastrukturu modernləşdirilməyib, layihələr reallaşdırılmayıb. Bakının üstünlüyü həm də ondan ibarətdir ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizində illərin sınağından keçmiş Azərbaycan ərazisindən istifadəyə üstünlük verir”.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı