“Şimal-Cənub” layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib.
Dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini diqqətə çatdıran dövlət başçısı bildirib:
"Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı məqamda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarından danışırıq”.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı