Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan bütün ərazilərdə əsaslı quruculuq işləri davam edir. “Azəriqaz” da infrastrukturun yenidən qurulması istiqamətində bir sıra lazımi işləri həyata keçirir.
Qarabağ Regional Qaz İstismarı İdarəsinin Xankəndi xidmət sahəsi üzrə rəis müavini Vasif Məsimovun sözlərinə görə, artıq ümumilikdə 41 min metr yeraltı qaz kəmərləri təsbit edilib:
“Quruculuq və abadlıq işləri ilə əlaqədar olaraq qaz veriləcək binaların təbii qazla təchiz edilməsi üçün və qaz kəmərlərinin kipliyə sınaq işləri davam etdirilir”.
O qeyd edib ki, antiterror əməliyyatları zamanı zədələnmiş qaz kəmərlərinin zədələnmiş hissələri gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qaynaq vasitəsilə bağlanıb.
- Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
- Bakı metrosunun stansiya rəisi öldü - Foto
- Azərbaycanda cərimələrlə bağlı mühüm yenilik
- Nazir Elnur Abbasquliyevə yüksək vəzifə verdi - Foto
- Regionlarda qar başladı: Bakıya da yağacaq?
- Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən şəxs tutuldu - Video
- Bu bank pulunuza illik 12% gəlir təklif edir
- Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı