Rusiya Ermənistanla hərbi-texniki sahədə təmaslardan imtina etmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin bəyanatı və Rusiyanın Ermənistanla silah tədarükü ilə bağlı istənilən danışıqlardan imtina edə biləcəyi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, hərbi məhsulların xarici ölkələrə tədarükü Rusiya rəhbərliyinin dəfələrlə dediyi kimi, xüsusi hərbi əməliyyatın ehtiyacları nəzərə alınmaqla həyata keçirilir:
“Müəyyən növ silah və hərbi texnika ilə bağlı mövcud məhdudiyyətlər təkcə Ermənistanla deyil, digər tərəfdaşlarımıza da aiddir. Ermənistanla hərbi-texniki sahədə təmaslara gəlincə, biz onlardan imtina etmirik, onlar müntəzəm şəkildə aparılır, qarşı tərəfdən də heç bir şikayət görməmişik”.
Qeyd edək ki, Qaluzin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirmişdi ki, Ermənistanın ABŞ və NATO-nun “çətiri” altına keçməsi Rusiya ilə və KTMT çərçivəsində vahid müdafiə məkanını saxlamağı qeyri-mümkün edəcək.
- “Azercell” bu qlobal təşəbbüsə qoşulan ilk operator oldu
- Bakıda 9 mənzili soydu, həbs olundu - Video
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...
- Bakıda bu parklar birləşdirilir
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY