Əgər Putin də Lukaşenko kimi özünü həyasız aparsa, o zaman biz Rusiyaya səfərimizi dayandıracağıq.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan deyib.
O, Paşinyanın Lukaşenkonun ünvanına sərt fikirlər səsləndirməsini belə izah edib:
“Belarus prezidenti özünü həyasız adam kimi aparır. Əgər Putin də özünü bu cür aparsa, o zaman bizdə də oxşar təşəbbüs ola bilər. Lukaşenko bizim düşmən olduğumuz qonşu dövlətə gedir (Azərbaycan nəzərdə tutulur - red.) və bəyanatlar verir. Ona görə də Paşinyan Lukaşenkoya münasibətdə belə bir addım atır. Bundan başqa, əminliklə deyə bilərik ki, Rusiya düşmən dövlətə silah sataraq özünü çox pis aparır. Amma mən bunu mübahisələndirmirəm. Əlbəttə, biz hər şeyi Rusiya və Belarusun üzərinə atmamalıyıq. Çünki bizim də günahımız var. Məhz bu kontekstdə qiymətləndirmə aparmalıyıq”, – deyə Ağazaryan vurğulayıb.
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...
- Bakıda bu parklar birləşdirilir
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü