Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb.
BUTA.TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:
Türkiyə: Mərt Günok, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Mərt Mülder, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz.
Baş məşqçi: Vinçentso Montella.
Gürcüstan: Giorgi Mamardaşvili, Solomon Kverkveliya, Quram Kashia, Laşa Dvali, Otar Kakabadze, Anzor Mekvabişvili, Giorgi Tsitaişvili, Giorgi Qoçoraşvili, Giorgi Çakvetadze, Xviça Kvaratsxeliya, Jorj Mikautadze.
Baş məşqçi: Villi Sanyol.
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...
- Bakıda bu parklar birləşdirilir
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü