Kanada Ukraynaya hərbi təlimatçılar göndərməkdən çəkinmək qərarına gəlib, çünki indi bunu etmək üçün uyğun vaxt deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri Kanadanın müdafiə naziri Bill Bleyr Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra deyib.
“Təlimləri gücləndirmək üçün NATO missiyası məsələsi müzakirə olunub, mənim fikrimcə, şərait Ukraynaya kanadalı təlimatçıların göndərilməsinə imkan vermir”, - o bildirib.
Qeyd olunur ki, Kanada 2015-ci ildən Ukraynaya 40 mindən çox hərbi qulluqçu yetişdirməyə kömək edib, lakin Rusiyanın tammiqyaslı işğalı başlamazdan əvvəl təlimatçıları ölkədən çıxarıb.
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...