Ukrayna ilə sülh müqaviləsi imzalamaq üçün Kiyevin istəyi lazımdır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya media agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
“Kiminlə müqavilə imzalayaq? Hakimiyyət tamamən parlament spikerinə keçsə, o zaman hər şeyi həll etmək və razılaşdırmaq olar. Müqavilə imzalamaq istəyi olardı”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, bundan öncə Putin Zelenskinin səlahiyyət müddətinin bitdiyini, Ukrayna Konstitusiyasına görə hazırkı şəraitdə yeganə legitim hakimiyyətin Ali Rada və onun spikeri Ruslan Stefançuk olduğunu bildirmişdi.
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video