Prezidentin “Şöhrət” verdiyi Rafiq Aslanov kimdir? - Dosye

16:18 - 5 İyun 2024 - GÜNDƏM

 Prezidentin “Şöhrət” verdiyi Rafiq Aslanov kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Rafiq Sabir oğlu Aslanovu “Şöhrət” ordeni ilə təltif edib.

BUTA.TV xəbər verir ki, R.Aslanov 1962-ci ildə Füzuli rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib.

R.Aslanov 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Bu xəbər hal-hazırda çox oxunur
Diqqət: Pensiyaların ödənişi başa çatdı!

Sədr müavini Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

2018-ci ildə “III dərəcəli Əmək ordeni” ilə təltif edilib.

Ailəlidir, iki övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol