Rusiya Türkiyə hakimiyyətinin BRİKS-ə qoşulmaq istəyini alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, hamımız qonşularımızın, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşın BRİKS-ə artan marağını alqışlayırıq”, - deyə Peskov Türkiyənin təşəbbüsünün qarşıdan gələn BRİKS sammitinin gündəmində olacağını vurğulayıb.
Qeyd edək ki, BRİKS-in dövlət başçıları səviyyəsində sammiti 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək. İyunun 10-11-də isə Nijni Novqorodda etibarlı şəxslər və xarici işlər nazirlərinin (BRİKS+ formatında) görüşü olacaq.
Bundan öncə Türkiyə BRİKS-ə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq