Qərb ölkələrində muzdluların əksəriyyəti hüquqi problemlərdən qaçmaq üçün məzuniyyət götürməyə və ya hərbi xidmətdən getməyə məcbur olurlar.
BUTA.TV xəbər verir ki, bu sözləri Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
"Bəzi ölkələrdə muzdluluq qanunla qadağandır və təqib olunur. Amma onlar statuslarını qanuniləşdirmək üçün məzuniyyətə çıxırlar. Əslində, bizdə məlumat var ki, bu, süni şəkildə aparılır: komandanlıq Ukraynaya getmək üçün insanlara istefa verməyi və ya məzuniyyətə çıxmağı əmr edir", - K.Qavrilov vurğulayıb.
Qeyd edək ki, cari ilin mart ayında Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatlar başlayandan bəri Ukraynaya 13 387 xarici muzdlunun gəldiyini, onlardan 5 962-nin artıq öldürüldüyünü bildirib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı