"Uzaq sahillərdə" filmində "Anjelika" obrazı ilə məşhurlaşan aktrisa Aqniya Yelikoyeva vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə "Kino-teatr" portalı məlumat yayıb.
Bildirilib ki, aktrisa 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, sovet teatr, kino və televiziya aktrisası Aqniya Yelikoyeva ilk dəfə 1953-cü ildə "Vesna v Moskve" ("Moskvada bahar") filmində rol alıb. O, həmçinin "Ovod", "Vdali ot rodinı" ("Vətəndən uzaqlarda"), "Tarantula" və s. kimi ekran işlərində rol alıb.
"Uzaq sahillərdə" Tofiq Tağızadənin rejissorluğu ilə 1958-ci ildə çəkilib. Film Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib.
Yelikoyevanın Rusiyada son ekran işi 1990-cı ildə "Hüquqşünas" serialı - detektiv hekayəsi olub, sonra o, ABŞ-yə köçüb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı