Rusiyada neft emalı zavodunda yanğın: ölənlər var

22:16 - 2 İyun 2024 - GÜNDƏM

 Rusiyada neft emalı zavodunda yanğın: ölənlər var

Komi Respublikasında (Rusiya subyekti) neft emalı zavodunda baş verən yanğın nəticəsində iki nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə "Rostexnadzor"un Peçora İdarəsi məlumat yayıb.

Məlumata görə, “Lukoyl-Uxtaneftepererabotka”nun 3 saylı sexində təmir işləri aparılan zaman çən parkında yanğın baş verib.

Podratçı təşkilat olan “Sentre-Test”in əməkdaşları xəsarət alıb. İki nəfər ölüb, birinin vəziyyəti ağırdır.

Bu xəbər hal-hazırda çox oxunur
“Mersedes”lə qəza törətdi: anası öldü

Qeyd olunur ki, hadisə ilə bağlı cinayət işi başlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol