Seçki qutusunun nəticələri ilə millətimizin bizə çatdırdığı gözləntilərin, xüsusilə dəyişiklik və yenilənmə tələbinin fərqindəyik. Zamanı gələndə istəyinizlə bağlı tədbir görəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilmiş bələdiyyə seçkilərində AKP-nin məğlub olmasını şərh edərkən vətəndaşlara müraciətində deyib.
"Siyasət ölkə və millət uğrunda gedən sərt mübarizənin adıdır. Lüğətimizdə siyasətin yalnız bir məqsədi var. Bu da millətə xidmətdir. Kimsə üzümüzə şillə vurmaq istəyəndə o biri üzümüzü çevirmədik, cavab verdik. Biz heç vaxt ədəbdən güzəştə getməmişik, amma kobudluğu da cavabsız qoymamışıq.
Bir müddət bu ölkədə həyata keçirilən yanlış siyasət nəticəsində kürdlər marjinal vəziyyətə düşdü. Hamısı ilə biz qucaqlaşdıq", - Ərdoğan qeyd edib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı