Böyük Britaniyada iqtidar partiyasının üzvləri də daxil olmaqla 54 parlamentar hökumətdən Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa aviareyslərin açılmasını tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Britaniya xarici işlər naziri Devid Kemerona müraciət ünvanlanıb.
Müraciətdə Şimali Kiprdə 15 min ingilisin, Britaniyada isə 300 min Kipr türkünün yaşadığı vurğulanıb:
“Britaniyadan Şimali Kiprə birbaşa uçuşlara icazə verilmədiyi üçün sərnişinlərin Türkiyə üzərindən Şimali Kiprə səyahət edir. Bu da, xüsusilə yaşlılar və xəstələr üçün çətinlik yaradır”.
Məktubda həmçinin Britaniya hökumətinin Şimali Kiprin təcridinə son qoyulması ilə bağlı Kipr türk xalqına verdiyi öhdəliyi yerinə yetirmədiyinə diqqət çəkilib:
“BMT Tayvan kimi rəsmi olaraq tanımadığı ölkələrə uçuş icazəsi verirsə, niyə Şimali Kiprə olmasın?”
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı