Son bir həftə ərzində Xankəndi, Xocalı və Xocavənddə külli miqdarda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar aşkarlayıb.
Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı