Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
BUTA.TV xəbər verir ki, B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
"Ərzincan 13 Şubat" şəhər stadionunda baş tutan matçda yeganə qolu 43-cü dəqiqədə Ebru Topcu komandamızın qapısından keçirib.
Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu - dördüncü pillədə qərarlaşıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı