"Kamaz"la "Daevo" toqquşdu: ölənlər var

17:52 - 31 May 2024 - GÜNDƏM

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, "Kamaz" markalı yük maşını ilə "Daevo" markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

"Daevo Gentra" markalı, 10 KY 967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "Kamaz" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakının mərkəzində inanılmaz gözəllik - Video

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol