Almatıda KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
İştirakçılar kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət və üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə ediblər.
“KTMT-nin qoşun hissələrinin müasir, qabaqcıl silah və hərbi texnika nümunələri ilə təchiz edilməsi, birgə əməliyyat və döyüş hazırlığının planlaşdırılması, KTMT sülhməramlı kontingentlərinin təlim metodlarının təkmilləşdirilməsi, həmçinin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlərarası KTMT proqramına və bir sıra digər sənədlərə baxılıb, imzalanıb”, - məlumatda vurğulanıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı