Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin olunub.
BUTA.TV xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000–2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001–2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
M.Abbasbəyli 2019– 2020-ci illərdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı