Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.
BUTA.TV xəbər verir ki, öncə 3-cü yer uğrunda “Qaradağ” və “Xırdalan” klubları arasında oyuna start verilib. Qarşılaşma “Xırdalan” klubunun 51-49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.
Final görüşündə isə “Neftçi” və “Azstars” klubları üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş “Neftçi” sonda 93-29 hesablı rahat qələbəyə sevinib.
Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) “Neftçi” klubundan Angelina İsmayılova seçilib.
Bununla da “Neftçi” ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb. Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı