Azərişıq ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətləri təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
“Azərişıq”dan BUTA.TV-a verilən məlumata görə, bununla əlaqədar bu gün saat 10:00-dan 15:00 kimi Yardımlıda Bilnə və Astanlı kəndlərində, saat 10:00-dan 12:30-dək Biləsuvar rayonunun bir hissəsində, saat 10:00-dan 12:00 kimi və 12:30-dan 15:00-dək Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində, saat 10:00-dan 13:00-dək Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində enerji verilişində fasilə yaranacaq.
Bundan başqa, bu gün saat 10:00-dan saat 12:00-dək Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində də enerji verilişində fasilə yaranacaq.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi