Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş tuta bilər ki, onlar maraqlar balansını qorumağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir ilkin zəmin yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bosniyanın ATV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, dialoq o zaman uğurlu ola bilər ki, Qərbi Avropa ölkələri hamını və hər şeyi özünə tabe etmək, digər regionların, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiyanın işlərinə qarışmaq kimi müstəmləkəçilik siyasətinin tam mənasızlığını dərk etsin.
“Onlar öz əməkdaşlığını güc balansı üzərində deyil, qanuni maraqlar balansı üzərində qurmağa hazır olduqda, perspektivli söhbət baş tuta bilər”, - Lavrov qeyd edib.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi