Dünya ətrafında ilk fasiləsiz uçuşu həyata keçirən amerikalı pilot Dik Rutan 85 yaşında vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press” nəşri məlumat yayıb.
Agentlik bildirib ki, Dik Rutan Aydaho ştatındakı müalicə aldığı xəstəxanada ölüb.
Dostu Bill Uitlın sözlərinə görə, pilot ağır ağciyər infeksiyası keçirmişdi.
Qeyd edək ki, Dik Rutan ikinci pilot Cin Yegerlə birlikdə 1986-cı ildə aviasiya tarixində ilk dəfə olaraq fasiləsiz dünya turu həyata keçirmişdi. Uçuş 9 gün 3 dəqiqəyə başa gəlmişdi.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi