Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər etməməsinin səbəbini açıqlayıb.
BUTA.TV-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, diplomat bildirib ki, onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır.
O qeyd edib ki, indiyədək Azərbaycanın bir neçə regionunda olub:
“Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.
Qeyd edək ki, ABŞ və Fransa səfirlərinin Şuşa, o cümlədən işğaldan azad edilmiş digər bölgələrə səfərlər etməməsi Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunub.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi