Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Ş.Mişel sosial şəbəkədə bildirib.
“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələri müzakirə etdim və AB-nin öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyini təsdiqlədim”, – Mişel yazıb.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır və ölkənin həqiqi dialoqa ehtiyacı var.
“Gürcüstanın gələcəyi AB-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın”, - Mişel vurğulayıb.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi