Türkiyə Qəzzaya göndərdiyi 50 minə tona yaxın humanitar yardımla dünyada ilk yerdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamları ilə görüşündə deyib.
“İsraili atəşkəsə və icazə verilən humanitar yardımların miqdarını artırmağa məcbur etmək məqsədilə ticari yöndə bəzi qərarlar verdik. İlkin mərhələdə, 54 növ məhsula qadağa tətbiq etdik. Dünəndən etibarən bütün məhsulların idxal və ixrac prosesini dayandırdıq. Biz regionda heç bir ölkəyə düşmən münasibət bəsləmirik. Sadəcə bu coğrafiyada münaqişə, qan və gözyaşı görmək istəmirik”, - deyə dövlət başçısı bildirib.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi