Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmi və şəxsi heyətinin cəlb olunduğu "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, HDQ və FHN nümayəndələrinin iştirak etdiyi tədbirdə Xəzər dənizinin ərazi sularında keçirilmiş "Dalğa - 2024" birgə təliminin yekun nəticələrinin təhlili zamanı birgə taktiki təlimdə HDQ və FHN-in gəmi və şəxsi heyəti qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiyi qeyd olunub. Şəxsi heyətin yüksək peşəkarlıq və əzm nümayiş etdirdiyi xüsusi vurğulanıb.
Sonda təlimdə fərqlənənlər mükafatlandırılıb.
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü