Binəqədi rayon, Əhməd Rəcəbli 262 ünvanı, “Elit” Ticarət Mərkəzi ilə üzbəüz ərazidə söküntü işləri artıq tamamlanmaq üzrədir.
BUTA.TV xəbər verir ki, ərazidə yerləşən və əsasən inşaat və tikinti materialları satan obyektlər tam sökülüb.
Söküntü zamanı yalnız Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsi istiqamətində divarlar qalıb, daxildə işlər tamamlanıb.
Hazırda söküntü yerində ağır texnikanin fəaliyyəti davam edir.
Obyektləri hansı şirkət sökür və ərazidə nə inşa olunacaq?
Binəqədi RİH-dən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə araşdırma aparıldıqdan sonra cavab veriləcəyi qeyd edilib.
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video