Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində “Ruhumuzun səsi” adlı konsert proqramı təqdim olunub.
Kult.az xəbər verir ki, musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirilib.
Konsertdə tanınmış simalar, sənətkarlar və təhsil işçiləri də iştirak edib.
ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirib ki, sözügedən təhsil müəssisəsinin yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib.
Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir", “Səbəb sənsən” (You are the reason), "Flamenko" və s. kimi Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirilib.
Layihə çərçivəsində həm də ADMİU nəzdində Humanitar Kollecin "Dekorativ - tətbiqi incəsənət" və "Təsviri sənət" fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olunub.
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək