Rusiya ordusu cəbhə xəttini keçsəydi və Kiyev bizdən kömək istəsəydi, Ukraynaya quru qoşunları göndərmək barədə düşünərdik.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Ekonomist”ə müsahibəsində deyib.
“Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq?” - o bildirib.
Makron qeyd edib ki, digər Qərb ölkələri bu variantdan “apriori” imtina etməməlidir, çünki 2022-ci ilin yayında tanklar, uzaqmənzilli raketlər və təyyarələr göndərilməsini istisna edirdilər, lakin indi bütün bunlar Ukraynaya verilir.
Qeyd edək ki, Makron Rusiyanın hansı cəbhə xəttini keçməsini nəzərdə tutduğunu dəqiqləşdirməyib.
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək