İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xalq qəzeti"nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır:
“Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
- Metropolitenin bu layihəsi ağılsızlıqdır: Milyonları israf etmək...
- Prezident və ailəsinin Qəbələdən səmimi - Fotosu
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...