Didivan qülləsi Qazax rayonunun Xanlıqlar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tarixi abidənin yaxınlığında tikinti işləri bir neçə il öncə aparılıb. Aparılan qanunsuz tikinti işləri müəyyən olunaraq dayandırılıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
“2021-ci ildə tarixi abidənin yerləşdiyi ərazinin özəlləşdirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olub. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkə əhəmiyyətli tarixi abidələrin xüsusi mülkiyyətə verilməsinin, eləcə də əhəmiyyət dərəcəsindən asılı olmayaraq bütün abidələrin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etməyin qadağan olduğu diqqətə çatdırılıb. Müraciətdə qeyd olunan işlərin aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan sözügedən məsələyə razılıq verilməyib. Ərazidə qanunsuz aparılan tikintinin də sökülməsi tələb olunub. Məsələ diqqətdə saxlanılır”, - o qeyd edib.
Qeyd edək ki, “söküntü tələbi”nin 3 ildir icra olunmadığı ötən gün üzə çıxıb.
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
- Metropolitenin bu layihəsi ağılsızlıqdır: Milyonları israf etmək...
- Prezident və ailəsinin Qəbələdən səmimi - Fotosu
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...