Rusiya və Tacikistan münasibətlərinin çətin dövründədir. Tacikistan Xarici İşlər Nazirliyi hətta Rusiya səfirinə etiraz notası da təqdim edib. Problem ondadır ki, quru sərhəddə və Şeremetyevoda minlərlə tacik Rusiyaya buraxılmır. Bundan əvvəl Tacikistanın müxtəlif rəsmiləri də Rusiya hakimiyyətini tənqid edirdilər. Rusiya hakimiyyəti qanunsuz miqrasiya və miqrant axını əsasında “islamçıların sızması” ilə mübarizənin zəruriliyindən danışır. Rusiya əhalisi sərt tədbirlər tələb edir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Tacikistanın da öz həqiqəti var. Orada taciklərin Rusiyada haqsız olaraq incidildiklərinə, onlarla ikinci dərəcəli insanlar kimi davranıldığına inanırlar. Taciklər gündə 12 saat işləyir və demək olar ki, heç bir hüquqa sahib deyillər. İnanırlar ki, kimisə sərhəddə üç gün saxlayıb, sonra isə ciddi səbəb olmadan sıravi işçini geri qaytarırlar”, - o bildirib.
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
- Metropolitenin bu layihəsi ağılsızlıqdır: Milyonları israf etmək...
- Prezident və ailəsinin Qəbələdən səmimi - Fotosu