ABŞ Maliyyə Nazirliyi enerji sektorunda hesablaşmalar üçün Rusiya banklarına, o cümlədən VTB, “Mərkəzi Bank”, “Sberbank” və “Alfa Bank” ilə əməliyyatlara icazə verib.
BUTA.TV xəbər verir ki, nazirliyin verdiyi lisenziyaya əsasən, əməliyyatlara qoyulan qadağa 2024-cü il noyabrın 1-dək götürülüb. İcazə müddətinin uzadılması da mümkündür.
Maliyyə Nazirliyinin lisenziyasında “Otkritie Bank”, “Sovkombank”, “Rosbank”, “VEB.RF”, “Zenit Bank” və “Bank Sankt-Peterburq” da qeyd olunur.
Qeyd edilir ki, enerji ilə bağlı əməliyyatlar neftin və bir sıra digər enerji resurslarının, o cümlədən LNG, ağac, kömür və uranın çıxarılması, hasilatı, emalı, mayeləşdirilməsi, daşınması və ya satın alınması ilə bağlı olacaq.
Xatırladaq ki, 2022-ci ildə Ukraynanın Rusiyaya hərbi müdaxiləsindən sonra Rusiya banklarına qarşı ABŞ sanksiyalar tətbiq etməyə başlayıb.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik