Bakıda dörd il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binanın sakinləri zirzəmiyə fasiləsiz su axdığını iddia edirlər.
Onlar bildiriblər ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.
Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb.
Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.
Ətraflı süjetdə:
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik